“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”.
Musavat.com xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.
O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb:
“Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim bura. Təmkinini itirməmişdi”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində YAP-çı millət vəkili Elman Nəsirovla hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/channel/UCtvU8QAYnxFG