Təyyarədə ürəyi dayanan şəxsi millət vəkili xilas etdi - FOTO

Türkiyədə AK Partiya Elazığ Millət vəkili Prof. Dr. Erol Keleş Ankara-Elazığ arasında uçan təyyarədə ürəyi dayanan sərnişini ürək masajı edərək həyata qaytarıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarə eniş etdikdən sonra təcili yardımla xəstəxanaya çatdırılan sərnişinin vəziyyəti yaxşıdır.

Məlumata görə Türkiyə vaxtı ilə saat 01:45-də Ankaradan Elazığa uçan təyyarədə sərnişinin ürəyi dayanıb.

Ürəyi dayanan şəxsə ilk yardımı eyni təyyarədə olan AK Partiya Elazığ Millət vəkili Prof. Dr. Erol Keleşdən gəlib. Millət vəkili Keleş ürəyi dayanan xəstəyə ürək masajı edib və onu həyata qaytarıb. Xəstə özünə gələndən sonra hava limanına eniş edilib.

17.05.2024 17:40
1468