Dehlidən Qoaya gedən "IndiGo" şirkətinə məxsus təyyarənin göyərtəsində insident baş verib. Belə ki, Dehli hava limanında sərnişin qatı duman səbəbiylə ləngimə elan edən pilota hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə "AviationSource News" məlumat yayıb.
Belə ki, internetdə yayılan video görüntülərdə bir nəfərin sərnişinlərə gecikmənin səbəblərini izah etməyə çalışan ekipaj üzvünə zərbə endirdiyi görünür. Bundan sonra sərnişin təyyarədən endirilib və polisə təhvil verilib.
"IndiGo" aviaşirkəti rəsmi açıqlamasında hadisəni təsdiqləyib. Bundan əlavə, aviadaşıyıcı qaydanı pozan şəxsdən şikayət edib.
Musavat.com