Avstraliyanın Sidney şəhərindən Yeni Zelandiyanın Oklend şəhərinə uçan "LATAM" Hava Yollarına məxsus sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.
Musavat.com İHA-ya istinadən xəbər verir ki, "Boeing 787" tipli sərnişin təyyarəsinin qəfil hündürlüyünü itirməsi nəticəsində azı 50 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
"İnsanlar təyyarənin tavanına çırpılıb, koridorlarla yuvarlanıblar", - sərnişinlərdən biri deyib.
263 sərnişin və 9 ekipaj üzvünün olduğu təyyarə Oklend hava limanına eniş edib.
Musavat.com