Təyyarə qəzaya uğradı - ÖLƏNLƏR VAR - Bu ölkədə...

İspaniyanın Valensiya bölgəsində kiçik təyyarə qəzaya uğrayıb, nəticədə ən azı iki nəfər həyatını itirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, faciə yerli vaxtla saat 11:30-da baş verib.

Qəza sonrası təyyarədə yaranan yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Qəzanın başvermə səbəbləri hələlik müəyyənləşdirilməyib. Mülki Qvardiya hadisə ilə bağlı istintaq aparır.

Musavat.com

09.08.2025 16:55
491