Belqorod vilayətində qəzaya uğrayan Rusiyanın "İl-76" hərbi-nəqliyyat təyyarəsi S-300 hava hücumundan müdafiə sistemi üçün raketlər daşıyırmış.
Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna"ya Müdafiə Qüvvələrindəki mənbə bildirib.
Həmsöhbətin sözlərinə görə, bu hərbi nəqliyyat təyyarəsi çox güman ki, S-300 kompleksləri üçün raketlər daşıyıb. Məhz bu komplekslərdən ruslar tez-tez Xarkova və bölgəyə hücum edirlər.
Xatırladaq ki, ilkin olaraq Rusiyanın teleqram kanalları Belqorod vilayətinin Koroçanski rayonunda hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb. Hadisə nəticəsində ölənlərin sayı 75-ə çatıb.
Musavat.com