Rusiyanın Murmansk vilayətinin Kola-Lotta magistralında təyyarə məcburi eniş edib.
Musavat.com “RENTV”yə istinadən xəbər verir ki, təyyarə heç bir zərər görməyib və tələfat yoxdur.
Qeyd olunub ki, təcili eniş zamanı təyyarənin göyərtəsində iki ekipaj üzvü olub.
Hadisənin ilkin səbəbi kimi mühərrikin nasazlığı göstərilib.
Musavat.com