Teylor Sviftdən Kamala Harrisə dəstək

Pop ulduzu Teylor Svift Donald Trampla debatdan sonra Kamala Harrisi ictimaiyyət qarşısında dəstəkləyib.

Musavat.com xəbər verir ki, bu barədə o, instaqramda yazıb.

"2024-cü il prezident seçkilərində Kamala Harris və Tim Valza səs verəcəyəm",-deyə o bildirib.

Bloomberg-in qeyd etdiyi kimi, bu addım Harrisin gənc seçicilər və qadınlar, eləcə də LGBT üzvləri arasında dəstəyini gücləndirəcək.

11.09.2024 10:39
380