Xəbər verdiyimiz kimi, hazırda İrəvanın Respublika meydanında Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının mitinqi keçirilir.
Musavat.com “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, Qalstanyan höküməti xalqın tələblərini nəzərə almağa məcbur etmək üçün sabah saat 8:00-dan başlayaraq itaətsizlik aksiyaları elan edib.
Qeyd edək ki, aksiyadan yayılan görüntülərdə İrəvanda meydana toplaşanlar “Srbazan - varçapet”, yəni “Arxiyepiskop baş nazirdir” şüarları səsləndirirlər.
@@TVmusavat/86825@@
Musavat.com