"Təsəvvür edə bilməzsiniz ki, nə hisslər keçirirəm"

Aktyor Kamran Ağabalayev Əməkdar artist Sənubər İsgəndərli ilə bağlı etiraf edib.

Aktrisanı ad günü münasibətilə təbrik edən Kamran bunları yazıb:

"Sizə bir sirr açım: məktəbə gedərkən anam mənə bir abbası, yəni 20 qəpik pul verirdi ki, tənəffüsdə düş kolbasa çörək ye. Mən də bu "kolbasa çörək"lərin pulunu yığırdım ki, teatrın bir tamaşasına bir bilet alana qədər. Təbii tamaşaya baxmağa getmirdim, məqsəd Sənubər xanımı görmək idi. Sərasər bu 2 il davam edib. İndi Sənubər xanımla eyni kadrı bölüşəndə siz təsəvvür edə bilməzsiniz mən nə hisslər keçirirəm. Bax, o hisslərdə anam, məktəb, həyəcan, sevgi, hörmət, Sovetski, hər şey var. Bundan əlavə bir insan daha nə edə bilər biri üçün? Sizi görmək, sizinlə kadrı bölüşmək, sizinlə hələ dostluq etmək nəyə desəniz dəyər. Allah sizi var eləsin, başqa bilmirəm nə deyim?! Yenə yumağa dönmüşəm yanında". (Axşam.az)

26.10.2024 13:39
761