TƏSDİQLƏNDİ! Putinin yarım milyardlıq iki təyyarəsi havaya sovruldu - CANLI

Ukraynanın Rusiya hərbi aviasiyasına qarşı uğurlu əməliyyatları davam edir. Ötən gün Ukrayna Silahlı Qüvvələri Rusiya üçün strateji əhəmiyyət təşkil edən iki təyyarəni vura bilib.

Belə ki, Azov dənizi üzərində nadir radiolakasiya imkanlarına malik “A-50” ilkin xəbərdarlıq və idarəetmə təyyarəsi məhv edilib. Bundan əlavə, eyni gündə “İl-22M11” təyyarəsi vurulub.

Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinad edilən xəbərdə deyilir ki, yanvarın 14-ü axşam Ukrayna hərbçiləri Azov dənizi üzərində Rusiyanın “A-50” uzaqmənzilli radar aşkarlama və nəzarət təyyarəsini, daha sonar isə “İl-22” təyyarəsini vurub. Bu məlumatı hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Yuri Misyagin də yayımlayıb.

Qeyd olunur ki, “A-50” yanvarın 14-də saat 21:10-21:15 radələrində Kirillovka ərazisində xidmətə çıxdıqdan dərhal sonra vurulub. “A-50” radarlardan itib və taktiki aviasiyanın çağırışlarına cavab verməyi dayandırıb. Daha sonra Rusiya Aerokosmik Qüvvələrinin “Su-30” təyyarəsinin pilotu naməlum təyyarənin alışmasını və qəzaya uğramasını aşkar edib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Rusiya Hərbi Hava Qüvvələrinin Rusiyanın A-50 və İl-22 təyyarələrini məhv etdiyini təsdiqləyib. "Azov bölgəsində mükəmməl planlaşdırılmış və həyata keçirilən əməliyyata görə Hərbi Hava Qüvvələrinə təşəkkür edirik", - Zalujnı qeyd edib.

“Almaniya hakimiyyətinin NATO ilə Rusiya arasında toqquşmaya hazırlaşmaq üçün hazırladığı “gizli plan” keçən ilki “ulduz falı”dır”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Bild” informasiya zibilliyinə sızan alman “gizli planı”nı oxudum, keçən ilin “ulduz falı”dır. İstisna etmirəm ki, Bundesverin analitik hissəsi Berbokun rəhbərliyi altında Almaniya Xarici İşlər Nazirliyi tərəfindən təmin edilib”, - Zaxarova bildirib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu rusların təyyarəsinin vurulması, Bakıda sexdə partlayış və seçkilər haqda son xəbərləri təqdim edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

15.01.2024 14:50
1681