Mayın 27-də Tərtər rayonunun Çaylı kəndi ərazisində partlayış baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Musavat.com-a Tərtər rayon prokurorluğundan məlumat verilib.
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tikinti işlərinə cəlb olunan 1986-cı il təvəllüdlü Əsgərov Məhsin Həsən oğlunun ərazidəki sursatın partlaması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
***
Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb.
Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.