Tərtərdə iki nəfər minaya düşüb

Oktyabrın 6-sı saat 21 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində 1992-ci il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

06.10.2023 21:41
833