Tərtər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Məmmədli Aygül Nadir qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə o Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır./Report