Tərtərdə dəhşətli cinayət - Qayınata gəlinini QƏTLƏ YETİRDİ

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

***

Tərtərdə qətl hadisəsi baş verib.

Hadisə rayonun Poladlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini gəlinini qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxsin kənd sakini Şəhriyar Hüseynov olduğu bildirilir. Onun gəlini Hafizə Rzayevanı qətlə yetirdiyi bildirilir.

13.05.2025 12:00
1004