Tərtər sakini güllələnərək öldürülüb

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ilkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

27.04.2023 16:04
750