Tərtər-Bakı sərnişin avtobusunda DƏHŞƏTLİ anlar - VİDEO

Tərtər-Bakı sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.

Musavat.com xəbər verir ki, görüntüləri Unikal Teleqram kanalı paylaşıb.

Avtobusda yaranan texniki problem səbəbilə avtobusun sükanı anidən əsməyə başlayıb. Lakin sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsinin qarşısını alıb. Sürücü özünü itirməyərək, sükana nəzarət edə və nəticədə avtobusu yolun kənarına çəkə bilib.

Həmin görüntüləri təqdim edirik:

15.04.2024 14:03
1482