Türkiyədə terrorçuların qış aylarında fəaliyyət göstərmək məqsədilə 7 əyalətdə mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi istiqamətində həyata keçirilən “Qəhrəmanlar-47” əməliyyatlarında 28 sığınacaq dağıdılıb, çoxlu sayda reaktiv yaylım atəşi, qumbaraatan və 159 kq partlayıcı maddə ələ keçirilib.
Musavat.com xəbər verir ki, əməliyyatın təfərrüatlarını paylaşan Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.
"Qəhrəman Jandarmalarımızı təbrik edirəm. Ayaqlarına daş dəyməsin",-deyə Ali Yerlikaya bildirib.
Musavat.com