Moskvanın Basmannı məhkəməsi Crocus City Hall-da törədilən terror aktı ilə bağlı 64 yaşlı İsrail İslamovu həbs edib.
Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Həmin şəxs mayın 22-dək istintaq təcridxanasında qalacaq.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin (“Terror aktı”) 3-cü hissəsinin “b” bəndi ilə şübhəli bilinir. Onun hər iki oğlu - Dilovar və Aminçon da iki ay müddətinə həbs edilib.
Müstəntiqlər təqsirləndirilən Aminçon İslamov və Dilovar İslamovun, habelə şübhəli İsrail İslamovun həbs olunmasını xahiş ediblər.//Oxu24.com