Terror aktı ilə bağlı bəzi məqamlar ortaya çıxıb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, "Crocus Siti Holl"-da metal detektorlar olsa da, həmin gün quraşdırılmayıbmış.
Təhlükəsizlik qüvvələri hadisə yerinə bir saatdan sonra gəlib.
İnsanları vurulduqdan sonra terrorçular binanı yandırıb qaçıblar. Atəş açanlardan heç biri hələ də saxlanılmayıb, baxmayaraq ki, onlar maskasız idilər. Bu ana qədər yalnız Krokusun əməkdaşları saxlanılıb.
O da bildirilir ki, terrorçular girov götürməyib və heç bir tələb irəli sürməyiblər.
Afaq,
Musavat.com