Ter-Petrosyandan Paşinyanın debat təklifinə reaksiya

“Debatlar dövlətimiz və cəmiyyətimiz üçün son dərəcə faydalı olardı”.

Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan öz feysbuk səhifəsində yazıb.

“Nəticədə mübahisənin hər iki tərəfi haqlı olaraq bir-birini yalançı adlandıracaq. Üstəlik, Nikol Paşinyan - Nikol Paşinyan debatı təkcə Qarabağ məsələsində deyil, istənilən başqa mövzuda da son dərəcə faydalı olardı: səfirlərin təyinatının siyasiləşdirilməsi, dövlət büdcəsinin israfçılığı, məhkəmə sisteminin müstəqilliyinin məhv edilməsi və s.” - Musinyan bildirib.

Musavat.com

24.12.2024 10:28
1042