Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd, VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü intensiv şəkildə davam edir.
Xanım namizəd platforması haqqında məlumat verib, rayonun təbii ki, problemlərinin olduğunu qeyd edib.Tənzilə Rüstəmxanlı dövlət başçısının regionların inkişafı ilə bağlı gördüyü işləri diqqətə çatdırıb və söz verib ki, seçiləcəyi təqdirdə Neftçalanın da problemlərilə bağlı Milli Məclisdə mütəmadi məsələlər qaldıracaq, dövlətin inkişaf proqramlarına Neftçalanın da salınması təmin edəcək.
Tənzilə xanım vurğulayıb ki, qarşıdan gələn parlament seçkiləri azad və demokratik mühitdə keçiriləcək və seçicilər öz istədikləri layiqli namizədə səs verəcəklər.
Bu səbəbdən o, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Platforma ilə bağlı ətraflı məlumat təqdim olunduqdan sonra Aşağı Qaramanlı sakinlərinin fikir və qeydləri dinlənilib.
Kəndin seçiciləri Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və Tənzilə Rüstəmxanlıya etimad göstərərək səslərini yekdilliklə xanım namizədə verəcəklərini bildiriblər.
Tənzilə Rüstəmxanlının seçicilərlə növbəti görüşü Kürkənd kəndində baş tutub.
Xanım namizəd əvvəlcə öz platforması haqqında məlumat verib. Millət vəkili seçiləcəyi təqdirdə Neftçala üçün görəcəyi işlər üçün plan və tədbirlər barədə danışıb.
Tənzilə xanım əsas olaraq Neftçalada olan qadın problemlərinə, onların işlə təmin olunması, qadın hüquqlarının qorunması və bu kimi digər məsələlərə toxunub, qadınlarımızın cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd edərək, onların işlə təmin olunması və işsizlik problemindən söz açıb.
Xanım namizəd seçildiyi təqdirə şəhid ailələrinin və qazilərinin problemləri ilə məşğul olacağını və mütəmadi onların yanında olacağını bildirib.
Tənzilə Rüstəmxanlı söz verib ki, seçiləcəyi təqdirdə Neftçalanın problemlərilə bağlı Milli Məclisdə mütəmadi məsələlər qaldıracaq.
Tənzilə xanım millət vəkili kimi Neftçala üçün görəcəyi işlərlə əsil neftçalalı olduğunu sübut edəcəyini söz verib və Kürkənd sakinlərini seçkidə fəal iştirak etməyə və Tənzilə Rüstəmxanlıya səs verməyə səsləyib.
Tənzilə Rüstəmxanlı Neftçala rayonu Tatarməhlə kəndindən olan seçicilərlə də görüşüb.
Görüşdə ağsaqqallar, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tənzilə Rüstəmxanlı alqışlarla qarşılanıb. Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra çıxışlara yer verilib.
Görüşü giriş sözü ilə açan aparıcı Tənzilə xanımın platforması haqqında geniş məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının əhəmiyyətindən danışıb və seçiciləri xalqın layiqli namizədinə səs verməyə çağırıb.
Görüşdə namizədin vəkilləri onun gələcək platformasından, ictimai-siyasi fəaliyyətindən söz açıb, Tatarməhlə sakinlərini seçkilərdə aktiv iştirak edərək Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıblar.
Onlar bildiriblər ki, Tənzilə xanım Milli Məclisdə təmsil olunacağı halda seçiciləri ilə mütəmadi görüşləri davam etdirəcək.
Daha sonra Tənzilə Rüstəmxanlı çıxış edib. Xanım namizəd əsas olaraq Neftçalada olan qadın problemlərinə, onların işlə təmin olunması, qadın hüquqlarının qorunması və bu kimi digər məsələlərə toxunub və ona yüksək etimad göstərilib millət vəkili seçilərsə, bu yolda görəcəyi işlərdən danışıb.
Xanım namizəd seçildiyi təqdirə şəhid ailələrinin və qazilərinin problemləri ilə məşğul olacağını və mütəmadi onların yanında olacağını bildirib.
Sonda onun “mən buraya sizlərdən biri olmağa gəlmişəm” sözləri görüş iştirakçılarının alqışlarına səbəb olub.