Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Şirvanlı və Qoltuq kəndində seçicilərlə görüşüb.
Bu barədə Musavat.com Tənzilə Rüstəmxanlının seçki qərargahına istinadən xəbər verir.
Görüşlər açıq havada keçirilib. Hər iki görüşdə izdiham yaşanıb.
Burada Tənzilə Rüstəmxanlının vəkilləri, kənd camatı, şəhid ailələri və qazilər iştirak edib.
Tədbir iştirakçılarına namizəd Tənzilə Rüstəmxanlının platforması haqqında geniş məlumat verilib, “Neftçala üçün birlikdə!” şüarının mahiyyətindən danışılıb və Tənzilə xanıma səs verməyə çağırış edilib.
Səmimi şəraitdə keçən görüşlərdə Tənzilə Rüstəmxanlı millət vəkili seçiləcəyi halda həmişə onların yanında olacağını, problemlərini aradn qaldırmağa çalışacağını, Neftçalanın gələcəyi, daha da abadlaşdırılması yolunda sıylərini artıracağını vurğulayaraq seçiciləri layiqli namizədə səs verməyə çağırıb.
Qarşılıqlı hörmət və anlaşma şəraitində keçən hər iki görüşdə sakinlərin şikayətləri dinlənilib, təklif və problemlər qeydə alınıb, xatirə fotoları çəkilib.
Milli Məclisə keçiriləcək seçkilərin təşviqat kampaniyası çərçivəsində namizəd Tənzilə Rüstəmxanlının Neftçala sakinləri ilə görüşləri davam edəcək.