"Avroviziya 2025"də Azərbaycanın musiqi prodüser yenə də Eldar Qasımov olub.
Bu haqda "12 Xal" məlumat yayıb.
Bildirilib ki, tənqidlərə baxmayaraq, Eldar vəzifəsində qalıb. Bununla bağlı "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova paylaşım edib.
Bir çoxları tənqidlərdən sonra "Avroviziya" heyətinin tamamilə dəyişəcəyini gözləsə də, bu, olmayıb.
Qeyd edək ki, "Avroviziya 2024" də ölkəmizi təmsil edən FahRee və İlkin Dövlətov finala vəsiqə qazana bilməyib. Bundan sonra Eldar sosial şəbəkədə tənqid atəşinə tutulub. Hər kəs Eldarın ünvanına "istefa" şərhini yazıb.
Nurlana Cəfərova həm də “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəridir. (Axşam.az)