Danimarkalı tennisçi Holger Rune ABŞ-də keçirilən ATP (Peşəkar Tennisçilər Assosiasiyası) turnirində portuqaliyalı Nuno Borqesə qarşı matç zamanı huşunu itirib.
Musavat.com baku.ws-ə istinadən bildirir ki, bu barədə "Punto de Break" portalı məlumat yayıb.
Hadisə ikinci setdə baş verib. İdmançı skamyada huşunu itirərək özündən gedib. Ehtimal olunur ki, idmançının günvurma zamanı halı pisləşib.
Runeyə həkimlər kömək ediblər, bundan sonra o, oyunu davam etdirə bilib. Matç onun 6:3, 7:6 hesablı qələbəsi ilə başa çatıb.
21 yaşlı Rune ATP reytinqində 16-cı yerdə qərarlaşıb. Onun aktivində keçirilən turnirlərdə dörd titul var.