"Televiziyalarda elə bil it boğuşdururlar" -Aqil Abbas

“Məişət zorakılığının qarşısının alınması haqqında” 50 qanun da qəbul eləsəniz, zorakılığın qarşısını ala bilməyəcəksiniz.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Avropadan, xaricdən fondlar kütləvi pullar buraxır ki, Azərbaycanda insanların əxlaqını pozsunlar:

“Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur. Bunun qarşısını heç kim ala bilmir, parlament də ala bilmir. Televiziyalarda elə bil it boğuşdururlar, əri arvadla dalaşdırırlar, ərini qoyub onun qardaşıyla qaçır. Bunlar istisna hallardır. Amma bu, təbliğatdır. Baxanlar deyir ki, mən niyə etməyim?! Bunun qarşısı alınmalıdır”.

01.02.2024 16:51
1235