Telegram komandası Durovun həbsinə münasibət bildirdi

Telegram komandası messencerin təsisçisi Pavel Durovun Parisdə saxlanılması və həbsi ilə bağlı bəyanat yayıb.

Musavat.com xəbər verir ki, bəyanatda qeyd edilir ki, "Telegram "Aİ qanunlarına, o cümlədən Rəqəmsal Xidmətlər Qanununa uyğundur.

“"Telegram"ın baş direktoru Pavel Durovun gizlədəcəyi heç nə yoxdur və o, tez-tez Avropanı gəzir. Platformadan sui-istifadəyə görə platformanın və ya onun sahibinin məsuliyyət daşıdığını iddia etmək absurddur”, - bəyanatda deyilir.

Fransa vətəndaşlığı olan Pavel Durov avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb, daha sonra həbs edilib. Medianın yazdığı kimi, "Telegram"da moderasiya olmaması və messencerin Fransa hökuməti ilə məhdud əməkdaşlığı səbəbindən istintaq Durovu terrorizm, fırıldaqçılıq və narkotik ticarəti ilə bağlı cinayətlərdə iştirak etdiyini hesab edir.

Pavel Durovun saxlanması ilə bağlı Fransa tərəfdən heç bir rəsmi açıqlama verilməyib. Paris prokurorluğu sabah, avqustun 26-da vəziyyətə münasibət bildirəcəyini vəd edib.

 

Şahanə Rəhimli
Musavat.com

25.08.2024 23:53
565