"Telegram"ın yaradıcısı Pavel Durov Fransa məhkəmə orqanları ilə əməkdaşlıq edir?

"Telegram"ın yaradıcısı Pavel Durov Fransa məhkəmə orqanları ilə əməkdaşlıq edir və ona qarşı ittihamlar irəli sürüldükdən sonra müəyyən edilmiş nəzarət şərtlərinə tam riayət edir".

Oxu.Az-ın məlumatına görə, bu barədə Paris prokuroru Lor Beko RTL radiosuna müsahibəsində bildirib.

"Bu, hazırda məhkəmə orqanları ilə əməkdaşlıq çərçivəsinə tam uyğundur", - deyə o, aparıcının Durovun məhkəmə nəzarəti şərtlərinə riayət edib-etmədiyi və həftədə iki dəfə polis komissarlığında qeydiyyatdan keçib-keçmədiyi ilə bağlı sualına cavab verib.

Prokuror həmçinin bildirib ki, birbaşa Durova qarşı istintaqa başlamaq qərarı "Telegram"ın Fransa müstəntiqlərinin sorğularına reaksiya verməməsi, həmçinin çox vaxt virtual hesab edilən dünyada mütəşəkkil cinayətkarlığın inkişaf etdiyini göstərmək istəyi ilə bağlı olub. O, qeyd edib ki, bu məqsədlə Fransada qanunsuz əməliyyatlar üçün internet platformasının idarə edilməsinə görə məsuliyyətə cəlb etməyə imkan verən qanun qəbul edilib. O, aparıcının Fransa müstəntiqlərinin bu halda "X"in rəhbəri İlon Maskın Fransaya növbəti səfəri zamanı həbs etməyə hazır olub-olmadıqları ilə bağlı sualını cavabsız qoyub.

12.09.2024 00:56
293