Bir çox istifadəçi yatmazdan əvvəl smartfonunu doldurmaq vərdişini formalaşdırıb.
Gecələr telefonu şarj etmək smartfon üçün böyük təhlükə yaradır.
Məlumata görə, axşamlar qadceti doldurmaq vərdişi telefonun özü üçün deyil, batareyası üçün də təhlükəlidir. Bu zaman batareyanın həddindən artıq istiləşmə riski var. Axşamlar batareyanın doldurulma səviyyəsinə nəzarət etmək olmur. Bəzən yatıb qalırıq və telefonu şarjdan ayıra bilmirik.
Bu cür "sıçrayışlar" batareya üçün böyük "stress"dir. Cihaz həddindən artıq istiləşir, tutumu azalır və nasazlıq riski var.
Problemlərin qarşısını almaq üçün smartfonunuzu gecə deyil, günün digər vaxtlarında doldurmağa çalışın. (lent.az)