Hindistanda utancverici hadisə baş verib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Hindistanda bir ailə mobil telefon almaq üçün 8 aylıq körpəsini satıb.
Ailə maddi imkansızlıqdan belə bir işə cəhd etdiklərini etiraf edib, polis körpənin atasını və körpəni almaq istəyən qadını yaxalayıb.
Qeyd edək ki, ailənin 7 yaşlı qızını satmağa çalışdığı da iddia edilir.
Musavat.com