Tələbələrə şad xəbər: BDU-nun yeni yataqxanası tikilir

Bakı Dövlət Universitetinin yeni yataqxanası tikiləcək.

Bu barədə Musavat.com-a universitetin mətbuat katibi Kəmalə Quliyeva deyib. O deyib ki, bununa bağlı danışıqlar aparılır.

“Yeni yataqxananın tikilməsi gündəmdədir. Bununla bağlı özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində danışıqlar aparılır. Müzakirələr gedir. Bu məsələ gündəmdədir”.

Mətbuat katibi qeyd edib ki, hazırda BDU-nun 220 yerlik yataqxanası var.

“Əsasən şəhid və qazi övladları yataqxanaya qəbul edilir. Ən son standartlara cavab verir. İnternetlə, mebellə, oxu zalı ilə təmin olunub. Yataqxanada qalmaq 75 manatdır”.

Şahanə Rəhimli
Musavat.com

17.08.2024 14:30
1314