Baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad etməsi İsraildə geniş etirazlara səbəb olub.
Musavat.com xəbər verir ki, Təl-Əvivdə minlərlə etirazçı mərkəzi magistral yolu bağlayaraq Qalantın vəzifədən uzaqlaşdırılmasına etirazını bildirib. Etirazçılar yollarda tonqal yandıraraq, hadisələrin görüntülərini sosial şəbəkələrdə yayımlayıblar.
İsrail parlament müxalifətinin lideri və Yeş Atid partiyasının rəhbəri Yair Lapid, eləcə də bir sıra digər etiraz təşkilatları Netanyahunun müdafiə nazirini istefaya göndərməsinə qarşı vətəndaşları küçələrə çıxmağa çağırıb. Lapid, ölkənin bir neçə cəbhədə müharibə vəziyyətində olduğu bir vaxtda bu qərarı tənqid edərək, İsrailin təhlükəsizliyinə ciddi təsir göstərə biləcəyini vurğulayıb.
Musavat.com