Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı

Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Ovni Muradov əmr imzalayıb.

Əmrə əsasən, Araz Məmmədov Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

28.09.2023 09:55
1535