Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
APA-nın Tehran bürosu xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra jurnalistlərə deyib.
O bildirib ki, üçtərəfli görüşün vaxtı bu gün azərbaycanlı həmkarı ilə müzakirələrdə müəyyənləşəcək və açıqlanacaq.
İran XİN başçısı Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri ilə bağlı hazırlıq işlərinin görüldüyünü bildirib.