Təhqir dolu sözlər: Anar Elzanın şeirləri barədə açıqlama verməkdən qaçdı

Azərbaycanın Əməkdar artisti Elza Seyidcahanın təhqirlərlə dolu son şeiri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Sakinlərin əksəriyyəti bildiriblər ki, Əməkdar artist belə şeirlər yazdığı üçün Yazıçılar Birliyindən çıxarılmalıdır.

"Elza şeir yaza bilmir. Onun yazdığı şeirlərdən xəbəri yoxdur. Onun söyüşlü sözləri bizə yaraşmaz", - deyə paytaxt sakini qeyd edib.

Mövzu ilə bağlı Elza Seyidcahanla əlaqə saxlanılıb. O, ilk olaraq müsahibə verəcəyini desə də, daha sonra bundan imtina edib.

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayev açıqlama verməkdən imtina edib və məzuniyyətdə olduğunu bildirib.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

17.09.2024 02:31
7287