"Son dərəcə təhlükəli kiber müdaxilə var. Vətəndaşların smartfonlarına daxil olaraq, bank hesablarından pulların çəkilməsi ilə bağlı şikayətlər artır".
Musavat.com xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.
O bildirib ki, araşdırma və ilkin dəyərləndirmələr göstərir ki, bu hücum növü ilə birbaşa smartfona müdaxilə olunur.
"Bu dələduzluq aktı deyil, kiber müdaxilədir. Smartfona quraşdırdığınız kənar tətbiqlər - "apk" faylları vasitəsilə bu müdaxilələrin olduğu ilkin ehtimaldır.
Vətəndaşlar ilkin olaraq telefonlarının söndüyünü, servisə aparıb, düzəltdikdən sonra isə bank hesablarında olan vəsaitlərinin hamısının çəkildiyindən şikayətlənirlər.
Qorunma üçün smartfonlarınıza kənar "apk" faylları yükləməkdən çəkinin".
Şahanə Rəhimli,
Musavat.com