TƏCİLİ! Xocavənddə atəş açıldı - ölən və yaralanan...

Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi bölgəsində yenidən atəş səsi eşidilib.

Musavat.com bildirir ki, hadisə Xocavənd rayonu ərazisində baş verib.

Rusiya sülhməramlıları tərəfindən atəşkəs rejiminin bir dəfə pozulması faktı qeydə alınıb. Ölən və yaralanan olmayıb.

Rusiya Müdafiə Nazirliyinin informasiya bülleteninə əsasən, Rusiya hərbi komandanlığı Ermənistan (?-M.) və Azərbaycan tərəfi ilə birlikdə insidentlə bağlı araşdırma aparır.

Musavat.com

08.07.2023 20:33
2885