Qarabağ erməniləri oktyabrın 30-da Xankəndidə mitinq keçirəcək.
Xankəndinin mərkəzi meydanına təyin olunmuş aksiyanı separatçıların qondarma “parlamenti” çağırıb.
Bildirilir ki, aksiyanın məqsədi Qərbin Qarabağla bağlı təklif etdiyi "sülh variantı”na etiraz etmək, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyana bir gün sonra (31 oktyabrda) keçiriləcək üçtərəfli görüş öncəsi təzyiq göstərməkdir. Separatçı rejim bəyan edib ki, Qarabağ erməniləri Qərbin deyil, Rusiyanın təklif etdiyi variantın qəbul olunmasını istəyir – yəni, Qarabağ məsələsi həll olunmamış qalır və status məsələsinə baxılmalıdır.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də millət vəkili Erkin Qədirli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcəyik.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Musavat.com