Rusiyanın məşhur xalq artisti Nataliya Seleznyova xəstəxanaya yerləşdirilib.
Musavat.com xəbər verir ki, 78 yaşlı aktrisaya ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Məsələ ilə bağlı açıqlama verən xalq artisti üç gündür xəstəxanada olduğunu bildirib.
“Virus infeksiyasına yoluxdum. Xəstəxanada olmağım yaxşıdır, çünki məni evdə bu vəziyyətdən çıxarmazdılar",-deyə Nataliya Seleznyova bildirib.
Aktrisanın evə nə vaxt buraxılacağı hələlik məlum deyil.
Qeyd edək ki, Nataliya Seleznyova ""I" əməliyyatı və Şurikin başqa macəraları" filmi ilə yaddaşlarda qalıb.
Musavat.com