TƏCİLİ: Vedibasarda atışma - 1 yaralı

Bu gün, martın 24-də Vedibasar bölgəsində atışma baş verib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Saat 16:00 radələrində Ararat rayon polis şöbəsinə, Artaşat polis şöbəsinə və Ararat rayon Patrul xidmətinə Açaryan küçəsində yerləşən evlərdən birində atışma baş verməsi və qurbanın olması barədə əməliyyat məlumatı daxil olub.

Patrul xidməti əməkdaşları və polis əməkdaşları Zöhrab küçəsində 6 ədəd, İsakov küçəsində isə 1 ədəd güllə yararsız patron aşkar ediblər.

Patrulçular hadisə yerində xidmət apararkən Artaşat tibb məntəqəsindən bir vətəndaşın güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Artaşat polis idarəsinin əməliyyat qrupu şəxsi heyətlə idarənin rəis müavini Alik Kazaryan və cinayət axtarış idarəsinin rəis müavini Vaçik Nikoqosyanın rəhbərliyi ilə xəstəxanaya gedib.

Polis Ararat rayon sakini, 30 yaşlı Tiqran B.-nin yaralandığını müəyyən edib.

Mənbənin sözlərinə görə, polis qətlə cəhddə şübhəli bilinən şəxsin kimliyini müəyyən edib, onu axtarışda tapıb və Artaşat polis şöbəsinə gətirib.

Faktla bağlı Ararat rayon İstintaq Şöbəsində adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.

Polis cinayətin silahına çevrilmiş odlu silahın aşkar edilməsi istiqamətində zəruri tədbirlər görür.

Musavat.com

24.03.2024 21:39
1302