Ukraynanın daxili işlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Hadisə nəticəsində, həmçinin, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olublar.
Helikopter qəzasında ümumilikdə 2-si uşaq olmaqla, 16 nəfərin öldüyü bildirilib.
Məlumata görə, qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.
Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım maşınları və polis cəlb olunub.
Musavat.com