Ukrayna Silahlı Qüvvələrinə məxsus 47 pilotsuz uçan aparatı ilə son sutka ərzində Rusiyanın bir neçə regionuna hücum olub. Musavat.com xəbər verir ki, onlardan 1-i Belqorodda, 2-si Kurskda, 3-ü Volqoqradda və 41-i Rostovda ələ keçirilib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukraynaya məxsus kamikadze pilotsuz təyyarələrin Belqorod vilayətinin Qrayvoronski rayonunun Rojdestvenka kəndinə hücumu nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Rusiyanın Kursk vilayətində vurulan pilotsuz uçuş aparatının qalıqları klinikanın üzərinə düşüb. Hadisə ilə bağlı xəsarət alan olmasa da partlayış təhlükəsi səbəbindən qonşu binadan xəstələr təxliyə edilib.
ABŞ-nin Rusiyada terror təhlükəsi ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlığından sonra Britaniya, Almaniya, Latviya, Kanada, İsveç və Cənubi Koreya kimi bir sıra dövlətlər də analoji addım atıblar.
Rusiya paytaxtında terror təhlükəsinin yüksək səviyyədə olması ilə bağlı xəbərdarlıqlar bu ölkələrin xarici işlər nazirliklərinin və səfirliklərinin saytlarında yer alıb.
“Makron Rusiyaya qarşı təcavüzü unutmalıdır”. Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet Fransa liderinə bu məsləhəti verib. “Əks halda onun aqressiv hərəkətləri nəticəsiz qalmayacaq”, - deputat hədələyib.
“Belarus suverenliyini itirib”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Biz əminik ki, Putini təkcə hansısa ərazi, şəhər, kənd, Krım və ya Donbas maraqlandırmır.
O, Ukraynanın tamamilə dağıdılmasında, müstəqil Ukraynanın bütün torpaqlarının Rusiyaya birləşdirilməsində maraqlıdır. O, ya güclə, silahla, ya da siyasi cəhətdən belə edir. Belarusda etdiyi işlər itkisiz və qansız idi.
Putin həm təhlükəsizlik blokuna, həm də Belarus ərazisindəki qoşunlara tam nəzarət edir. Bunun sübutu Rusiya ordusunun hücumu və tammiqyaslı işğalın başlanğıcında Belarus ərazisindən raket zərbəsidir. Yəni, bu, müstəqil ölkənin diplomatik işğalı və Belarusun suverenliyinin itirilməsidir", - Zelenski qeyd edib.
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi təhlilçi Heydər Oğuzla söhbətləşir.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat