TƏCİLİ! Ukrayna Rusiya aerodromunu VURDU - VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətindəki Morozovsk aerodromuna dronlarla hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Qeyd olunub ki, hücum nəticəsində aerodromdakı sursat anbarında partlayış baş verib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Morozovsk Rostov vilayətində Morozovsk şəhərindən 3 km cənub-qərbdə yerləşən aktiv hərbi aerodromdur. 559-cu Qvardiya Bombardmançı Aviasiya Alayı (Rusiya Federasiyası Müdafiə Nazirliyinin 75392 saylı hərbi hissəsi) aerodromda yerləşir. Rusiyanın "Su-24", "Su-24M" və 2014-cü ildən "Su-34" bombardmançıları da aerodromda yerləşdirilib.

Musavat.com

03.08.2024 07:27
1828