Türkiyə ordusu İraqın və Suriyanın şimalında 20 terrorçu öldürüb. Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hədəflərə həm qurudan, həm də havadan zərbələr endirilib. Məlumata görə, ərazidə əməliyyat davam edir.
Türkiyənin 32 vilayətdə separatçı terror təşkilatına qarşı “Qəhrəmanlar-41” əməliyyatı keçirilib. Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb. Nazir əməliyyatlar çərçivəsində 113 nəfərin saxlanıldığını açıqlayıb.
İraqın şimalında Türk Silahlı Qüvvələrinin əsgərlərinin şəhid olmasından sonra başladılan hava əməliyyatı nəticəsində terrorçulara məxsus 29 hədəf yox edilib.
Öz növbəsində İraq və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatlarında Separatçı Terror Təşkilatının (BTÖ-Bölücü Terror Örgütü) istifadə etdiyi 29 hədəf məhv edilib, çox sayda terrorçu zərərsizləşdirillib. Bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama yayıb. Suriyanın şimalında Metina, Hakurk, Qara və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı Hava əməliyyatları həyata keçirilib. Təşkilat (BTÖ) tərəfindən istifadə edilən mağaralar, bunkerlər, sığınacaqlar və neft obyektlərindən ibarət olan və terrorçulara məxsus hesab edilən 29 hədəf məhv edilib".
“Bu əməliyyatlarda çox sayda terrorçu yerli və milli sursatdan maksimum istifadə edilərək zərərsizləşdirilib. Soylu millətimizin qəlbindən çıxan Türk Silahlı Qüvvələri keçmişdə olduğu kimi ölkəmizin və millətimizin yaşaması və təhlükəsizliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər terrora qarşı mübarizəni qətiyyət və əzmlə davam etdirəcək.
Bu əməliyyatlar zamanı “Günahsız insanlara, dost bildiklərimizə, tarixi-mədəni sərvətlərə və ətraf mühitə zərər vurmamaq üçün bütün tədbirlər görülüb”, - açıqlamada həmçinin qeyd olunub.
“Sərhədlərimiz daxilində və xaricində PKK terror təşkilatına qarşı sona qədər mübarizə aparacağıq”. Türkiyənin xarici işlər naziri Hakan Fidan belə deyib. XİN başçısı İraqın şimalında keçirilən “Pəncə-Kilid” əməliyyatı bölgəsində şəhid olan hərbçilərə Allahdan rəhmət diləyib, ailələrinə, yaxınlarına, Türkiyə xalqına başsağlığı verib.
Bu gün səhər saatlarında isə Ukraynaya kütləvi raket hücumu həyata keçirilib. Bildirilib ki, Kiyev istiqamətinə raketlər atılıb. Ukrayna Hərbi Hava Qüvvələri vətəndaşları sığınacaqlara girməyə çağırıb. Həmçinin Kropivnitski şəhərində partlayış səsləri eşidilib. Məlumata görə, Dnepr vilayətində də güclü partlayış olub. Əraziyə “Kinjal” raketlərinin atıldığı ehtimal edilir. Hücumlarla əlaqədər olaraq ölkədə hava həyəcanı elan edilib.
ABŞ və İngiltərə isə Yəmənin Səna şəhərinin şimalına yeni hava zərbəsi endirib. Qeyd olunub ki, ABŞ və Böyük Britaniya Səna şəhərinin şimalına təkrar hava zərbəsi endirib. Pentaqonun sözçüsü bildirib ki, yanvarın 12-də ABŞ və müttəfiqləri 150-dən çox hərbi sursatdan istifadə etməklə Yəməndə 28 məntəqəyə zərbələr endirib.
TVMusavat-ın bu gün saat 12:10-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu təhlükəsizlik eksperti Alp Arslan İmamqulu ilə Türkiyənin 9 şəhid verməsini, Ukraynaya hücumları və Qırmızı dənizdəki əməliyyatları müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: