TƏCİLİ: Təyyarə qəzaya uğradı - 18 nəfər HƏLAK OLDU

Cənubi Sudanda kiçik sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 18 nəfər həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə BMT-nin ölkədəki missiyasına məxsus “Mirayya” radiosu məlumat yayıb.

Məlumatda bildirilir ki, göyərtəsində 21 sərnişin və ekipaj üzvü olan təyyarə Yunitinin neft yatağı yaxınlığında havaya qalxarkən qəzaya uğrayıb.

Musavat.com

29.01.2025 14:29
1092