“Crocus City Hall”a hücum edən terrorçulardan birinin - 25 yaşlı Şəmsidin Fəriduni qonşuları cinayətkarın mənzilinə gələn jurnalistlərə onun ailəsi barədə danışıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının Fəriduninin qeydiyyatda olduğu mənzili möhürlədiyi məlum olub. Yerli sakinlərin sözlərinə görə, onlar kişinin özünü görməsələr də, onun ailə üzvləri - üç azyaşlı uşağı olan asiyalı qadınla tanış olublar. Onların dediyinə görə, hamısının yaşı yeddidən çox deyil. Eyni zamanda məhkəmədə terrorçunun səkkiz aylıq övladı ilə bağlı məlumat da açıqlanıb.
Həmçinin qeyd edilir ki, Fəriduninin evində axtarış aparılarkən girişdə olan bütün sakinlər təxliyə edilməli olub. Hüquq-mühafizə orqanları əvvəlcə mənzilin içərisində partlayıcı maddələrin və ya cinayətkarların ortaqlarının ola biləcəyindən ehtiyat edirdilər.
Şəmsidin Fəriduninin hələ 2023-cü ilin yazında Moskva yaxınlığındakı Podolsk sakinini öldürməklə hədələdiyi barədə məlumatlar da ortaya çıxıb. Klimovsk mikrorayon sakininin sözlərinə görə, ötən ilin yaz aylarında itini gəzdirərkən saxlanılan şəxs avtomobillə onun qarşısında dayanıb və onu təhqir etməyə başlayıb.
O, itin adının nə olduğunu soruşaraq dərhal ünsiyyətə başladı. Onun tamam sərxoş olduğunu gördüm. Rus qadının sözlərinə görə, Fəriduni onu söyməyə və hədələməyə başlayıb. Hadisədən sonra o, polisə müraciət etsə də, əcnəbi tapılmayıb.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: