TƏCİLİ! Terrorçular mülki vətəndaşları hədəfə aldı - ÖLƏNLƏR VAR

Suriyanın şərqində PKK terror təşkilatının Suriya qolu olan YPG ilə ərəb qəbilələri arasında ara-sıra qarşıdurmalar davam edir.

Musavat.com Mepa News-a istinadən xəbər verir ki, qəbilələrin hücumları zamanı itki verən YPG cavab olaraq mülki yaşayış məntəqələrini hədəfə alıb.

Terrorçular hücumu minaatan və pilotsuz təyyarələrlə həyata keçirib.

Hadisə nəticəsində azı 7 mülki vətəndaş həyatını itirib, 22 mülki şəxs yaralanıb.

YPG-nin toqquşma və hücumlardan sonra bölgəni nəzarətə götürdüyü, ərəb qəbilələri ilə qarşıdurmaların aşağı intensivliklə davam etdiyi bildirilir.

Musavat.com

26.09.2023 17:20
2031