TƏCİLİ! "Telegram"ın yaradıcısı Fransada SAXLANILDI

"Pavel Durov Azərbaycandan Fransaya səfər edərkən hava limanında saxlanılıb və ona barəsində beynəlxalq axtarış elan olunduğu bildirilib."

Musavat.com xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Bildirilib ki, Pavel Durov bu gün axşam saat 8 radələrində Fransanın Le Bourget hava limanına şəxsi təyyarəsi ilə eniş edib və dərhal Fransa jandarm qüvvələri tərəfindən həbs edilib. Durovu bir qadın və mühafizəçi müşayiət edib. 

Fransanın TF1 kanalının verdiyi məlumata görə, Pavel Durov çoxsaylı cinayətlərdə ittiham olunacaq.

O, terrorçuluq, narkotik maddələrin satışı, fırıldaqçılıq, çirkli pulların yuyulması və pedofiliyada ittiham edilir. 

Telekanalın məlumatına görə, onu 20 ilədək həbs gözləyir.

Qeyd edək ki,  Pavel Durov bir neçə gün idi Bakıda idi. Onun Rusiya Prezidentin Vladimir Putinlə görüşmək üçün Bakıya gəldiyi iddia edilirdi. 

2021-ci ildə Durov Fransa vətəndaşlığını alıb.

Musavat.com

25.08.2024 00:51
2167