TƏCİLİ! Sülhməramlıların maşını Xankəndidə dərəyə aşdı - ÖLƏN VAR

Rusiya sülhməramlılarına məxsus zirehli döyüş maşını Xankəndidə qəzaya uğrayıb.

Refrerans.az teleqram kanallarına istinadən xəbər verir ki, maşının dərəyə aşması nəticəsində 1 rusiyalı hərbi qulluqçunun öldüyü, iki nəfərin isə yaralandığı bildirilir. Yaralılardan birinin vəziyyəti ağırdır.

Onlar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.

11.12.2023 20:54
1748