Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini təşkil etməyə davam edir.
Musavat.com xəbər verir ki, təqdim olunan videoda qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə sülhməramlıların zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.
Qeyd edək ki, bir neçə gün öncə də qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə sülhməramlıların zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi daşımaların həyata keçirilməsi ilə bağlı görüntülər yayılmışdı.
Yeni görüntüləri təqdim edirik:
@@TVmusavat/61649@@
Musavat.сom